E-QHT.AZ — Haqqımızda, Şərtlər və Qaydalar
1. Haqqımızda
E-qht.az — qeyri-hökumət təşkilatlarının (QHT) yaradılması və onların dövlət qeydiyyatına alınması prosesində vətəndaşlara və hüquqi şəxslərə məlumat, sənəd və hüquqi dəstək təqdim edən onlayn platformadır.
Layihənin məqsədi QHT-lərin qeydiyyatı üçün tələb olunan sənədlərin qanunvericiliyə uyğun şəkildə hazırlanmasını təmin etmək və prosesi istifadəçilər üçün asan, şəffaf və əlçatan etməkdir.
Platforma üzərindən edilən müraciətlər əsasında istifadəçilərə ilkin hüquqi məlumatlandırma, sənəd nümunələrinin hazırlanması və QHT qeydiyyatına dair təşkilati istiqamət üzrə dəstək göstərilir.
E-qht.az layihəsi dövlət qeydiyyatına alınmış və nizamnaməsi əsasında fəaliyyət göstərən SMART FİNANS MMC-yə məxsusdur. Layihə müstəqil hüquqi xidmət platformasıdır və rəsmi dövlət qurumu statusuna malik deyildir.
Bütün xidmətlər ödənişli əsaslarla göstərilir. Xidmətin məzmunu, haqqı və müddəti barədə istifadəçi ilə əvvəlcədən razılaşma aparılır.
E-qht.az tərəfindən hazırlanmış sənədlər yekun mərhələdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunur.
E-qht.az — QHT-lərin yaranması və inkişafı üçün hüquqi əsas yaradan, etibarlı və qanunvericiliyə uyğun fəaliyyət göstərən platformadır.
2. Ümumi şərtlər
- Saytdan istifadə edən hər bir şəxs bu sənəddə göstərilən şərtlərlə razılaşmış sayılır.
- E-qht.az vasitəsilə təqdim olunan xidmətlər hüquqi sənəd hazırlanması və məsləhət xarakteri daşıyır.
- Platforma dövlət qeydiyyatını həyata keçirən orqan deyildir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olan Qeydiyyat orqanının qərarına görə məsuliyyət daşımır.
- İstifadəçi təqdim etdiyi məlumatların düzgünlüyünə və aktuallığına tam cavabdehdir.
- Sənədlərin hazırlanması prosesi yalnız istifadəçi tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır.
3. Xidmətlərin ödəniş qaydası
- E-qht.az üzərindən edilən müraciətlər ilkin mərhələdə ödənişsiz qəbul olunur.
- Sənədlərin hazırlanması və qeydiyyat üçün hüquqi dəstək xidmətləri ödənişli əsaslarla həyata keçirilir.
- Xidmətin dəyəri və yerinə yetirilmə müddəti barədə məlumat istifadəçiyə əvvəlcədən bildirilir və yalnız qarşılıqlı razılaşma əsasında qht qeydiyyatının icrasına başlanılır.
- Ödəniş təsdiqləndikdən sonra sənədlərin hazırlanması prosesi işə düşür.
4. Məlumatların məxfiliyi
- İstifadəçilər tərəfindən təqdim edilən bütün şəxsi məlumatlar məxfi saxlanılır və üçüncü şəxslərlə paylaşılmır.
- E-qht.az, “Şəxsi məlumatların qorunması haqqında” Qanunun tələblərinə tam şəkildə əməl edir.
- Məlumatlar yalnız istifadəçinin müraciətinin icrası və əlaqə məqsədi ilə istifadə olunur.
5. Hüquqi məsuliyyət
- Saytda yerləşdirilən məlumatlar ümumi məlumatlandırma xarakteri daşıyır.
- Platforma istifadəçinin təqdim etdiyi yanlış və ya natamam məlumatlar nəticəsində yaranan gecikmələrə və ya rədd hallarına görə məsuliyyət daşımır.
- E-qht.az tərəfindən təqdim olunan xidmətlər hüquqi sənəd hazırlığı və məsləhət istiqamətindədir, lakin Ədliyyə Nazirliyinin qərarlarına təsir etmə səlahiyyətinə malik deyildir.
6. Əlaqə
📧 info@e-qht.az
🌐 www.e-qht.az
📍 Zaur Nudirəliyev küçəsi 79, Bakı şəhəri, Azərbaycan
