Onlayn Qeyri-hökumət təşkilatı qeydiyyat portalı – e-qht.az

Qeyri-kommersiya qurumlarının (dini qurumlar istisna olmaqla) dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması üçün müraciət ərizəsi


e-qht.az elektron portalı Haqqında

E-qht.az — qeyri-hökumət təşkilatlarının (QHT) yaradılması və fəaliyyətinin təşkili prosesində vətəndaşlara və hüquqi şəxslərə məlumat və sənəd dəstəyi göstərən onlayn platformadır.
Layihənin məqsədi, QHT-lərin dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin düzgün və qanunvericiliyə uyğun şəkildə hazırlanmasını təmin etmək, prosesi vətəndaşlar üçün daha rahat və əlçatan etməkdir.
Platforma üzərindən edilən müraciətlər əsasında istifadəçilərə ilkin məlumatlandırma, sənəd nümunələri və hüquqi istiqamət üzrə dəstək təqdim olunur.
Bütün fəaliyyət qanunvericiliyin tələblərinə uyğun aparılır və istifadəçi məlumatlarının məxfiliyi qorunur.
E-qht.az — QHT-lərin yaranması və inkişafı üçün hüquqi əsas yaradan etibarlı platformadır.