e-qht.az

qht yaratmaq- qeyri-hökumət təşkilatının onlayn qeydiyyatı

QHT yaratmaq Azərbaycanda hüquqi və inzibati prosedurlar tələb edən mühüm prosesdir. e-qht.az platforması vasitəsilə qeyri-hökumət təşkilatının yaradılması, sənədlərin hazırlanması, nizamnamənin tərtibi və dövlət qeydiyyatı xidmətlərini onlayn şəkildə əldə edə bilərsiniz.

Onlayn QHT Açmaq — Qeyri-Hökumət Təşkilatlarının Qeydiyyatı

Qeyri-kommersiya qurumlarının (dini qurumlar istisna olmaqla) dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması üçün müraciət ərizəsi, onlayn qht açmaq üçün müraciət

Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarının (QHT) yaradılması və dövlət qeydiyyatına alınması “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna əsasən həyata keçirilir. QHT, könüllü əsaslarla birləşən fiziki və hüquqi şəxslərin ictimai maraqlar naminə birgə fəaliyyətini təmin edən, qeyri-kommersiya xarakterli hüquqi şəxsdir.

E-qht.az platforması bu prosesi asanlaşdırmaq üçün yaradılıb. Burada siz lazımi məlumatları daxil etməklə QHT-nin nizamnaməsi, təsis protokolu, ərizə, qərar və digər sənədlərin hazırlanmasını sifariş edə bilərsiniz.
Hazırlanan sənədlər qanunvericiliyə tam uyğun şəkildə tərtib olunur və yekunda Ədliyyə Nazirliyinə təqdim edilmək üçün hazır vəziyyətdə sizə təqdim edilir.

E-qht.az layihəsi SMART FİNANS MMC tərəfindən idarə olunur və bütün xidmətlər ödənişli əsaslarla göstərilir. Platforma dövlət qurumu deyil, lakin QHT qeydiyyatı üçün tələb olunan bütün sənədləri peşəkar hüquqşünaslar tərəfindən hazırlayır.

qht yaratmaqla bağlı tez-tez verilən suallar

qht qeydiyyatı etmək istəyən şəxslər üçün faydalı olacaq sual-cavablar