İanə verənlər və donorlar üçün
Terrorçuluğun Maliyyələşdirilməsi Riskləri

  1. Terrorçuluğun maliyyələşdirilməsi nədir?
    Terrorçuluğun maliyyələşdirilməsi, terror aktlarının və ya terrorçuların fəaliyyətlərinin maliyyə
    vəsaiti ilə təmin edilməsidir. Bu cür maliyyələşdirmədə qeyri-kommersiya təşkilatlarından suiistifadə edilə bilər.
    Diqqət ! Cinayət qanunvericiliyinə görə terrorçuların özlərinə və onların ailə üzvlərinə, habelə
    terrorçu təşkilatlara terror fəaliyyəti ilə əlaqəsi olmayan humanitar məqsədlərlə verilən
    yardım və ianələr belə terrorçuluğun maliyyələşdirilməsi kimi tövsif oluna bilər və sizin üçün
    çox ciddi hüquqi nəticələr doğura bilər.
  2. Qeyri-kommersiya təşkilatlarının (QKT) riski nədən ibarətdir?
    Terrorçular QKT-lərdən aşağıdakı yollarla sui-istifadə edə bilər:
    – Saxta təşkilat kimi fəaliyyət göstərməklə;
    – Mövcud QKT-ni maliyyə kanalı kimi istifadə etməklə;
    – Qanuni fəaliyyətlər üçün toplanan vəsaiti gizli şəkildə terror fəaliyyətinə və
    terrorçulara yönləndirməklə.
  3. Təmin edilən maliyyə vəsaitləri bu risklərə qarşı niyə həssasdır?
    Terrorçuların və terror təşkilatlarının özləri sanksiya siyahılarında olduğu üçün birbaşa
    əhalidən dəstək toplaya bilmir. Onun üçün öz cinayətkar fəaliyyətini maliyyələşdirmək üçün
    QKT-ni maliyyə kanalı və alət kimi istifadə edir. İanəçilər və donorlar vasitəsilə verilən
    vəsaitlərin şəffaflığı və izlənməsi təmin edilmədikdə, vəsaitlərin son təyinatı ilə bağlı risklər
    yaranır. Bu, ianəçinin/donorun reputasiyasını zədələyə və hüquqi risklər yarada bilər.
  4. Maliyyə dəstəyinin göstərilməsi zamanı diqqət edilməli əsas məqamlar:
    – QKT-nin qeydiyyat və şəffaflıq statusunun yoxlanılması;
    – Verilən qrant və ianələrin son təyinatının və benefisiarlarının dəqiq müəyyən
    edilməsi;
    – QKT-nin idarəçilərinin kimliyinin araşdırılması;
    – Layihənin məqsəd və coğrafiyasının aydınlaşdırılması.
  5. Layihələrin monitorinqi niyə vacibdir?
    Maliyyələşdirilən layihələrin donorlar tərəfindən icrasının izlənməsi, vəsaitin təyinatı üzrə
    istifadə olunduğunu və sui-istifadə hallarının qarşısının alındığını təsdiqləməyə kömək edir.
  6. Şəffaflıq və hesabatlılıq tələblərini dəstəklənməsi
    Maliyyə hesabatları, fəaliyyət hesabatları və audit sənədlərini tələb etməklə QKT-nin
    hesabatlılığı təşviq edilə bilər.
  7. Şübhəli hallarda aidiyyəti orqanlara məlumat verilməsi
    Əgər qrantın və ianənin məqsədindən kənar istifadə olunduğuna dair şübhələr varsa, bu
    barədə müvafiq orqanlara (hüquq mühafizə, nəzarət) məlumat verilməlidir.
  8. Təlim və maarifləndirməyə investisiya edilməsi
    Donorlar/ianəçilər öz işçilərini TM riskləri, QKT-lərə risk əsaslı yanaşma üzrə mütəmadi
    olaraq maarifləndirməlidir.
  9. Beynəlxalq normalara uyğun fəaliyyət göstərmə
    FATF Tövsiyə 8 və digər beynəlxalq standartlar çərçivəsində fəaliyyət göstərmək, həm
    reputasiya, həm də hüquqi baxımdan donorun/ianəçinin maraqlarını qoruyur.
  10. Riskli QKT-lərlə işləmək əvəzinə hansı alternativ mexanizmlərə üstünlük verilə bilər?
    Beynəlxalq təşkilatlar vasitəsilə yardım göstərmək, dövlət nəzarətində olan platformalarla
    əməkdaşlıq etmək və ya etibarlı yerli tərəfdaşlarla işləməklə mümkündür.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *