Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
Elektron xidmətləri
Xəbərlər
Şura 2019-cu il 4-cü qrant müsabiqəsini elan edir
08 Aprel 2019 15 : 00
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı 2019-cu il dördüncü qrant müsabiqəsini elan edir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşməsi ilə bağlı
2019-cu il dördüncü qrant müsabiqəsini

 

ELAN EDİR

 

            Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) qrant müsabiqəsində (bundan sonra – müsabiqə) iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

            Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:

 

SN

Müsabiqə mövzusunun istiqaməti

Bir layihə üçün maksimum məbləğ

(Manatla)

  1.  

Bloggerlik/Vloggerlik fəaliyyətinin genişləndirilməsinə dair təşəbbüslər

10 000,0

  1.  

Xarici televiziyalarda Azərbaycanla bağlı verilişlərin və reportajların hazırlanmasına dair təşəbbüslər

15 000,0

  1.  

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinin beynəlxalq arenada dəstəklənməsinə dair təşəbbüslər

15 000,0

  1.  

İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi

10 000,0

  1.  

Televiziyalarla birgə (internet televiziyaları istisna olmaqla) ictimai əhəmiyyət kəsb edən məsələlərə dair sosial çarxların və verilişlərin hazırlanması

10 000,0

  1.  

Sosial media üzrə bilik və bacarıqların artırılmasına dair təşəbbüslər

10 000,0

  1.  

Dənizkənarı ərazilərdə (çimərlik) ətraf mühitdəki mövcud ekosistemin və müvafiq infrastrukturun monitorinqinə dair təşəbbüslər

10 000,0

  1.  

Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər

10 000,0

  1.  

Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində tədqiqatların aparılması və tədbirlərin keçirilməsi

10 000,0

Məişət zorakılığı ilə mübarizə sahəsində təşəbbüslər

10 000,0

İstehlakçıların hüquqlarının və qida təhlükəsizliyinin qorunmasına dair təşəbbüslər

10 000,0

Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının dəstəklənməsinə dair təşəbbüslər

10 000,0

Yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliğinə dair təşəbbüslər

10 000,0

İcbari tibbi sığorta barədə ictimai məlumatlılığın artırılmasına dair təşəbbüslər

10 000,0

Bələdiyyə seçkiləri ilə bağlı seçicilər arasında maarifləndirmə tədbirlərinin keçirilməsinə dair təşəbbüslər

10 000,0

 

 

Müsabiqədə iştirak edən QHT irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır.

 

Layihələrin müddəti

Layihələrin müddəti 2 aydan 6 ayadək ola bilər.

 

Qrantın məbləği

  • 2018-ci il dekabrın 31-dən sonra dövlət qeydiyyatına alınmış QHT-lər 3000 (üç min) manatdanartıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.

 

Müsabiqə mərhələləri

Müsabiqə üzrə ərizə və layihə sənədlərinin qəbulu 8 aprel 2018-ci iltarixdən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 5 mərhələ üzrə aparılır:

  • 1-ci mərhələ - Ərizənin qeydə alınması və layihə sənədlərinin qəbulu;

Bu mərhələ 8 aprel–3 may 2019-cu il saat 18.00-dək müddəti əhatə edir.

  • 2-ci mərhələ - Ərizələrin texniki seçim mərhələsi;

Bu mərhələ 8 aprel–3 may 2019-cu il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, əlavə edilmiş sənədlər araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

  • 3-cü mərhələ - Layihə sənədlərinin texniki seçim mərhələsi;

Bu mərhələ 8 aprel- 13 may 2019-cu il tarixlərini əhatə edir. Təqdim olunan layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

  • 4-cü mərhələ - Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi;

Bu dövr 14 may - 07 iyun 2019-cu il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və ekspertlər tərəfindən onlayn qaydada qiymətləndirilir.

  • 5-ci mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi;

Müsabiqə qalibləri 2019-cu il iyunun 14-dən sonra elan olunacaq. Müsabiqənin nəticələri haqda məlumatlar Şuranın rəsmi internet saytında və digər internet informasiya resurslarında dərc ediləcək.

 

Əlavə məlumatlar

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 12 aprel 2019-cu il saat 15.00-da Şuranın inzibati binasında (Bakı şəhəri, Fikrət Əmirov küçəsi 1, 2-ci mərtəbə) keçiriləcək.

Müsabiqədə iştirakla bağlı e-ərizə bölməsindən istifadəyə dair təlimatla (http://e-qht.az/news/one/68) tanış olmaq olar.

Əlavə məlumat almaq üçün Şura Katibliyinin məsləhətçisi Elnur Bağırlıya müraciət etmək olar.  

              Tel/faks: (012) 493 17 32/80 (daxili nömrə:270).

              E-mail: [email protected]

 

Şuranın sənədləri
Hüquqi
Metodiki