Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
Elektron xidmətləri
Xəbərlər
QHT resurs və təlim mərkəzlərinin layihələrinin maliyyələşməsi ilə bağlı müsabiqə elan
27 Dekabr 2018 16 : 00
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2019-cu il üçün QHT resurs və təlim mərkəzlərinin layihələrinin maliyyələşməsi ilə bağlı müsabiqə elan edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2019-cu il üçün QHT resurs və təlim mərkəzlərinin layihələrinin maliyyələşməsi ilə bağlı müsabiqə elan edir. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) qrant müsabiqəsində (bundan sonra –  müsabiqə) iştirak etmək üçün QHT resurs və təlim mərkəzlərini və ya onları təsis edən QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

 

Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na və Şuranın Əsasnaməsinə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən QHT-lərə təşkilati-texniki xidmətləri (iclasların, təlimlərin və tədbirlərin təşkili üçün müvafiq şəraitin yaradılması, QHT-lərə kompüter xidmətlərinin göstərilməsi və sair) və Şura tərəfindən maliyyələşdirilən layihələr çərçivəsində regionlarda həyata keçirilən tədbirlərin monitorinqini və region QHT-lərinə təşkilati-texniki xidməti nəzərdə tutan layihələri qəbul edir:

 

Layihələrin müddəti

Layihələrin müddəti 12 ayadək ola bilər.

 

Layihənin məbləği

Bakıda fəaliyyət göstərən QHT resurs və təlim mərkəzi üçün layihənin maksimum məbləği 30000 (otuz min) manatadək ola bilər.

 Regionlarda fəaliyyət göstərən QHT resurs və təlim mərkəzi üçün layihənin maksimum məbləği 20000 (iyirmi min) manatadək ola bilər.

 

QHT resurs və təlim mərkəzi üçün tələblər

QHT resurs və təlim mərkəzinin və ya onu təsis edən QHT-nin dövlət qeydiyyatı olmalıdır;

QHT resurs və təlim mərkəzinin QHT-lərə xidmət göstərən və müvafiq texniki imkanları olan ofisi olmalıdır;

Təlimlərin təşkili və texniki xidmətlərin göstərilməsi üçün zəruri imkanları olmalıdır;

Bakı şəhərində fəaliyyət göstərən QHT resurs və təlim mərkəzinin il ərzində ən azı 200-dən çox QHT-yə xidmət göstərmək üçün bacarıq və  təcrübəyə malik olmalıdır;

Regionlarda fəaliyyət göstərən QHT resurs və təlim mərkəzinin ən azı 5-dən çox rayon QHT-lərinə  xidmət göstərmək üçün bacarıq və  təcrübəyə malik olmalıdır;

Peşəkar işçi heyətinə malik olmalıdır.

 

Müsabiqə mərhələləri 

Müsabiqə üzrə layihə təklifləri 27 dekabr 2018-ci ildən 15 yanvar 2019-cu ilədək qəbul ediləcək;

QHT Şuranın təsdiq etdiyi “Qrant müsabiqəsinin keçirilməsi Qaydaları” və ona əlavə olunan formalara uyğun olaraq tərtib etdiyi sənədləri [email protected][email protected] e-mail ünvanlarına göndərməlidir;

Qeydə alınmış layihələr 2019-cu il yanvarın 28-dək ekspertlər tərəfindən qiymətləndiriləcək;

Müsabiqə qalibləri 2019-cu il fevralın 15-dən sonra elan olunur və bu barədə məlumatlar Şuranın rəsmi saytında və digər internet informasiya resurslarında dərc ediləcək. 

 

Əlavə məlumatlar

Əlavə məlumat almaq üçün Şura Katibliyinin məsləhətçiləri Tural Hüseynli və Elnur Bağırlıya müraciət etmək olar.    

Tel/faks: (012) 493 17 32/80 (daxili 250/270). 

E-mail: [email protected]; [email protected]

Şuranın sənədləri
Hüquqi
Metodiki