Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
Elektron xidmətləri
Xəbərlər
Şura 2017-ci il üçün ikinci qrant müsabiqəsini elan edir
11 Aprel 2017 16 : 00
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün 2017-ci il ikinci qrant müsabiqəsi elan edir. Müsabiqə elanının mətni, qaydaları, şərtləri və digər sənədləri ilə Şuranın e-qht.az, qhtxeber.az və cssn.gov.az saytları vasitəsi ilə tanış ola bilərsiniz.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün 2017-ci il ikinci qrant müsabiqəsi elan edir. Müsabiqə elanının mətni, qaydaları, şərtləri və digər sənədləri ilə Şuranın e-qht.az, qhtxeber.az və cssn.gov.az saytları vasitəsi ilə tanış ola bilərsiniz.

Müsabiqə Mövzuları:

1)   Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, qanunsuz iqtisadi fəaliyyət,  tarixi abidələrin dağıdılması və özgəninkiləşdirilməsi, yer adlarının qanunsuz  dəyişdirilməsi, ətraf mühitə  vurulan ziyan barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması;

2)   Beynəlxalq informasiya resurslarında Azərbaycan haqqında məlumatların monitorinqi və aşkarlanan nöqsanların aradan qaldırılmasına  dair təşəbbüslər;

3)   Əsir və itkin düşmüş,  girov götürülmüş,  o cümlədən müharibədən zərər çəkmiş vətəndaşların hüquqlarının beynəlxalq təşkilatlarda  müdafiəsinə,  onların azad olunmasına və hüquqlarının bərpasına  dair təşəbbüslər;

4)   Xocalı soyqırımının 25 illiyi ilə bağlı  beynəlxalq ictimaiyyətin məlumatlandırılması;

5)   Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliğinə dair təşəbbüslər;

6)   Cəbhəyanı bölgələrdə müvafiq tədbirlərin təşkilinə dair təşəbbüslər;

7)   Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş vətəndaşlarımızın  xatirəsinə həsr olunmuş təşəbbüslər;

8)   Milli maraqlara, vətənpərvərliyə və ictimai həyatın aktual sahələrinə dair sosial çarxların və 3D qrafikalı animasiya filmlərinin hazırlanmasına  dair təşəbbüslər;

9)   Əhalinin həssas qruplarına psixoloji yardımların təşkili;

10)  Sosial şəbəkələrdə milli və ictimai maraqların müdafiəsinə dair fəaliyyətin dəstəklənməsi ;

11)  İslam həmrəyliyinə həsr olunmuş tədbirlər;

12)  İctimai nəzarət və şəffaflıq məsələlərinə dair təşəbbüslər;

13)  Yol hərəkəti iştirakçıları arasında maarifləndirmə tədbirlərin həyata keçirilməsinə dair təşəbbüslər;

14)  Məcburi əməyə və insan alverinə qarşı  mübarizəyə dair təşəbbüslər.


Şuranın sənədləri
Hüquqi
Metodiki